TƏLƏBƏLƏRİN ÖLKƏ DAXİLİNDƏ VƏ XARİCDƏ YERLƏŞƏN ALİ, ORTA İXTİSAS TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏN KÖÇÜRÜLMƏSİ SİSTEMİ

Ali təhsil müəssisələrində köçürülmə qaydaları

- Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

- Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər tələbənin fənn (fənlər) üzrə kredit borcu yaranarsa tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir

Orta ixtisas təhsil müəssisələrində köçürülmə qaydaları

-Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”a əsasən tələbənin bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi və ya ixtisasını dəyişməsi tam orta təhsil bazasından qəbul olunmuş tələbələr birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələr isə üçüncü semestr başa çatdıqdan sonra qış və yay tətili dövründə Təhsil Nazirliyinin (www.transfer.edu.az) portalı vasitəsilə həyata keçirilir.

- Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

-Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən tələbələrin köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri onun akademik transkriptində göstərilmiş kreditlərlə müqayisə olunur. Əgər fənn (fənlər) üzrə kredit borcu yaranarsa tələbə həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri qazanmalıdır.